Menu

ABŞ İraqda türmədən 17 İŞİD üzvünü qaçırdı

28.10.2015, 18:07

isid mehkeme dindar hokm hakim radikalABŞ xüsusi təyinatlılarının kürd silahlılarıyla birlikdə Kərkük yaxınlığındakı türmədən azad etdiyi 70 məhbusdan 17-si İŞİD üzvü olub.

AzPolitika.info-nun TASS-a istinadən verdiyi məlumata görə, gələn həftə həmin şəxslər məhkəmə instansiyalarına veriləcək.

Kərkük şəhər administrasiyasından bildirilib ki, həmin şəxslər İŞİD daxilində narazılıq etdiklərinə görə silahdaşları tərəfindən həbsə atılmışdı. Onların mühüm informasiyaya malik olduğu və dindirildiyi deyilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol