Menu

Bakıda həbsxanada məhbuslar arasında dava

28.10.2015, 22:08
Bakıda həbsxanada məhbuslar arasında dava

Bakıda həbsxanada dava düşüb.Musavat.com-un əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin 7 saylı Cəzaçəkmə Müəssisində baş verib.

Müəssisədə cəza çəkən 1983-ci il təvəllüdlü Emzar Səlifov digər məhbus 1977-ci il təvəllüdlü Vitaliy Aleksandroviç Zabolotskini döyüb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol