Menu

Narkotik saxlamaqda təqsirləndirilən şəxs bəraət aldı

29.10.2015, 14:42
Narkotik saxlamaqda təqsirləndirilən şəxs bəraət aldı

Ali Məhkəmədə narkotik vasitələrin qanunsuz yolla əldə olunması və saxlanılmasında təqsirləndirilən İsmayıl Kazımovun kassasiya şikayətinə baxılıb.

İ. Kazımovun vəkili Adəm Məmmədovun APA-ya verdiyi məlumata görə, məhkəmə şikayəti təmin edərək İ. Kazımovun barəsində bəraət hökmü çıxarıb.

Qeyd edək ki, İ. Kazımov Yasamal rayon Məhkəməsinin hökmü ilə 2 il 4 ay müddətinə azadlıqdan məhrum edilib. Həmin hökmdən verilən apellyasiya şikayəti qismən təmin olunaraq cəzası 2 ilə endirilib.

İ. Kazımov Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə və ya saxlama) maddəsinə əsasən ittiham olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol