Pol Rayan ABŞ Konqresinin Nümayəndələr Palatasının yeni spikeri seçilib. Musavat.com-un xarici qaynağa istinadən verdiyi məlumata görə, yeni sədr gizli səsvermə yolu ilə seçilib.
45 yaşlı Rayan 1869-cu ildən sonra Palatanın ən gənc spikeri olub. O, ermənipərəst baxışları ilə tanınır. Amerika Erməni Assambleyasının məlumatına görə, Rayan öz karyerası boyu qondarma soyqırım məsələsi və Qarabağdakı separatçı hərəkat da daxil, həmişə ermənilərin maraqlarını müdafiə edib.
2014-cü ildə o, o vaxtkı prezident Corc Buşa məktub yazaraq “erməni genosidi”ni tanımağa çağırıb.

Şərhlər