Menu

“Arpaçay” karateçilərindən İstanbulda fantastik nəticə - 25 medal! (FOTOLAR)

30.10.2015, 17:35
“Arpaçay” karateçilərindən İstanbulda fantastik nəticə - 25 medal! (FOTOLAR)

Oktyabrın 22-25 tarixlərində Türkiyənin İstanbul şəhərində karatenin şotokan növü üzrə 7-ci Avropa və Dünya kuboku yarışları keçirilib. Yarışa 34 ölkədən 2 mindən artıq idmançı qatılıb. Azərbaycan idmaçıları bu yarışda fantastik nəticələr əldə ediblər.

Belə ki, tanınmış karate ustası Yavər Hüseynovun yetirmələri olan “Arpaçay” karate klubunun idmançıları 9-u qızıl olmaqla, ümumilikdə 25 medal qazanıblar. Bu nəticə ilə 8-9 yaşlılar arasında “Arpaçay” klubu həm Avropa, həm də Dünya kubokunu qazanıb.

Baxmayaraq ki, klub yarışlarda cəmi 7 idmançı ilə təmsil olunub.

Qeyd edək ki, idmançılarımız həm komanda, həm də kumite (şəxsi) yarışlarda yüksək nəticələr əldə ediblər.

Şəxsi döyüşlərdə:

Məmmədov Pərviz - 2 qızıl

Hüseynzadə Hüseyn 2 qizil

Quliyev Elçin 1 qizil, 2 gümüş

Nuryev Tamerlan 1 gümuş, 2 bürünc

Cavadzadə Elvin 2 gümuş, 1 bürünc

Zeynalov Tural 2 qızıl medal qazanıblar.

Komanda döyüşündə Zeynalov Tural, Məmmədov Pərviz və Tnuriyev Tamerlan 1-cilik və Dünya kubokunu əldə ediblər.

Təbrik edirik!

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol