Menu

Rusiyalılar getdikcə qütbləşir

30.10.2015, 14:36
Rusiyalılar getdikcə qütbləşir

Prezident Vladimir Putin-in Suriyaya hərbi müdaxiləsi cəmiyyəti getdikcə daha çox parçalayır. «Levada» Mərkəzinin yeni açıqladığı sorğuya əsasən belə demək olar. Belə ki, sorğu rusiyalıların bu kampaniya məsələsində həmrəy olmadığını üzə çıxarıb.

Bunu «The Moscow Times»da oxuyuruq.

Oktyabrın 23-26-da keçirilmiş sorğuya görə, respondentlərin 53 faizi Rusiyanın Suriyadakı siyasətini dəstəkləyir. Bir ay əvvəl bu rəqəm 39 faiz idi. Dəstəkləməyənlər isə 11 faizdən 22 faizə qalxıb.

Sentyabrda 50 faiz deyirdi ki, Rusiyanın Suriyada etdikləri veclərinə deyil, yaxud xəbərləri yoxdur. İndi bu rəqəm 24 faizə düşüb.

Karneqi Fondunun Moskva Mərkəzindən Pyotr Topychkanov deyir ki, bu qütbləşmə Putin-i əməllərindən çəkindirən deyil:

«Suriyaya hava qüvvəsi göndərməmişdən əvvəl cəmiyyətdən dəstək istəməyib. Suriyayla bağlı digər qərarlarında da onsuz keçinəcək». /"Azadlıq" radiosu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol