Bakının Nərimanov rayonunda yerləşən “Baku Stell Company”nin anbarına maskalı silahlı şəxs tərəfindən basqın olub.
Gecə saatlarında anbara daxil olan şəxs silahla gözətçi polis serjantı Ceyhun Hüseynova hədə-qorxu gələrək anbarın açarlarını tələb edib.
Səs-küy yarandığından həmin maskalı şəxs havaya bir neçə dəfə atəş açaraq oradan uzaqlaşıb.
Faktla bağlı rayon polis idarəsi və rayon prokurorluğunda araşdırma aparılır. /Report


Şərhlər