1 noyabr seçkiləri dövlət üçün dönüş məqamı – birpartiyalı idarəçiliyə qayıdış nöqtəsi olacaq. Musavat.com-un xarici qaynağa istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bazar günü seçkilərindən gözləntilərini dilə gətirərkən bildirib.
“Türkiyənin daha vaxtı yoxdur. Bazar günü – ölkəmiz üçün dönüş günüdür... Əgır bizim insanlar bir partiyaya şans versələr, stabillik davam edəcək” – qeyd edib Ərdoğan.
“2 noyabr səhəri hər kəs şübhəsiz ki, seçkilərin nəticələrinə hörmətlə yanaşacaq... Bundan sonra isə ümid edirəm ki, Türkiyə son 5 ay ərzində bizim keçirdiyimiz xoşagəlməzlikləri yaşamayacaq” - əlavə edib Türkiyə prezidenti.


Şərhlər