Menu

Türkiyənin müdafiə naziri Qafqazda sülhün ilk şərtini açıqladı

31.10.2015, 10:59

page_pkk-cekilirken-tsk-ne-yapacak-masada-hangi-formuller-var_025157516“Türkiyə ilə Azərbaycan çox da uzaq olmayan zaman məsafəsində Şərqin ilk cümhuriyyətlərini elan etmiş iki qardaş ölkədir".

Bunu Türkiyə Cümhuriyyətinin qurulmasının 92-ci ili münasibətilə ölkə prezidentinin keçirdiyi qəbulda APA-nın Türkiyə müxbirinə açıqlamasında Türkiyənin milli müdafiə naziri Vəcdi Gönül deyib.

Azərbaycan torpaqlarının hələ erməni işğalı altında qalmasına toxunan nazir bu məsələnin daim Türkiyənin diqqətində olduğunu vurğulayıb: "Qafqazda sülh və əmin-amanlıq istəyən hər kəs bilməlidir ki, bunun ilk şərti Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmasıdır. Türkiyə bundan sonra da bölgəyə ədalətli sülh gəlməsi üçün çalışacaq. İnşallah, hər şey yaxşı olacaq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol