Həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0003 manat (0,029 faiz) ucuzlaşıb.
Trend-in məlumatına görə, müvafiq olaraq ötən həftə orta məzənnə bir ABŞ dollarına nisbətdə 1,04916 manat səviyyəsində müəyyən olunub.
| ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi: | |||
| 19 oktyabr | 1,0474 | 26 oktyabr | 1,0490 |
| 20 oktyabr | 1,0476 | 27 oktyabr | 1,0489 |
| 21 oktyabr | 1,0474 | 28 oktyabr | 1,0490 |
| 22 oktyabr | 1,0475 | 29 oktyabr | 1,0496 |
| 23 oktyabr | 1,0487 | 30 oktyabr | 1,0493 |
| Həftə ərzində orta məzənnə | 1,04772 | Həftə ərzində orta məzənnə | 1,04916 |
Həftə ərzində AMB-nin müəyyən etdiyi manatın avroya nisbətdə rəsmi məzənnəsi 0,0061 manat (1,58 faiz) möhkəmlənib. Bununla da orta məzənnə bir avroya nisbətdə 1,1548 manat səviyyəsində müəyyən olunub.
| Avroya nisbətdə manatın rəsmi məzənnəsi: | |||
| 19 oktyabr | 1,1898 | 26 oktyabr | 1,1577 |
| 20 oktyabr | 1,1876 | 27 oktyabr | 1,1605 |
| 21 oktyabr | 1,19 | 28 oktyabr | 1,1575 |
| 22 oktyabr | 1,1887 | 29 oktyabr | 1,1467 |
| 23 oktyabr | 1,1655 | 30 oktyabr | 1,1516 |
| Həftə ərzində orta məzənnə | 1,18432 | Həftə ərzində orta məzənnə | 1,1548 |
Ötən həftə 1 unsiya qızılın dəyəri 12,9253 manat (1,0611) aşağı düşüb. Müvafiq olaraq, qızılın orta qiyməti 1222,0085 manat təşkil edib.
| 1 unsiya qızılın qiymətinin dəyişməsi: | |||
| 19 oktyabr | 1236,8223 | 26 oktyabr | 1218,1513 |
| 20 oktyabr | 1231,349 | 27 oktyabr | 1223,4370 |
| 21 oktyabr | 1233,5754 | 28 oktyabr | 1225,12 |
| 22 oktyabr | 1222,5373 | 29 oktyabr | 1238,1082 |
| 23 oktyabr | 1223,8329 | 30 oktyabr | 1205,2260 |
| Həftə ərzində orta | 1229,62338 | Həftə ərzində orta | 1222,0085 |
İlin əvvəlindən Bakı Banklararası Valyuta Birjasında alış-veriş aparılmır, buna görə də manatın birja məzənnəsi artıq formalaşmır.

Şərhlər