Menu

Fransa və Almaniya Sinay üzərindən uçuşları dayandırdı

31.10.2015, 21:48
Fransa və Almaniya Sinay üzərindən uçuşları dayandırdı

Alman aviadaşıma şirkəti “Lufthansa” Misirin Sinay yarımadası üzərində hava uçuşları dayandırmaq qərarı verib.

Musavat.com-un məlumatına görə, qərar Rusiya sərnişin təyyarəsinin həmin nahiyədə qəzaya uğraması ilə əlaqədar verilib. Xəbəri “Reuters” yayıb.

Məlumata görə, uçuşlar Airbus 321 təyyarəsinin qəza səbəbləri tam dəqiqləşənədək dayandırılıb.

Bundan qabaq Fransanın “Air France” şirkəti sözügedən ərazi üzərində hava reyslərini təxirə salmaq barədə qərar vermişdi. Şarm əl-Şeyxdən (Misir) Sankt-Peterburqa uçan Rusiya sərnişin təyyarəsi ilə əlaqə havaya qalxandan 23 dəqiqə sonra itib. Bundan bir neçə dəqiqə sonra isə o, Sinay yarımadasındakı əl-Arişa yaşayış məntəqəsinin cənubunda yerə çırpılıb. Təyyarədəki 224 nəfərin hamısı həlak olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol