Menu

Pusiya və Gürcüstan prezidentlərinin görüşünə hazırlıq görülür

12.02.2014, 17:34
Pusiya və Gürcüstan prezidentlərinin görüşünə hazırlıq görülür

Ria-Novosti agentliyinin məlumatına görə, Rusiya Xarici İşlər nazirinin müavini Georgi Karasin mart ayının əvvəllərində Gürcüstan baş nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze ilə görüşəcək. Diplomatların əsas məqsədi Rusiya və Gürcüstan prezidentlərinin görüşünun təşkilini müzakirə etməkdən ibarət olacaq.

Bu məsələ ilə əlaqədar Georgi Karasin deyib: “Cənab Abaşidze ilə görüşümüzün mart ayında baş tutması gözlənilir. Əlaqələrin normallaşmasının bu gün üçün mümkün ola biləcək praktik yolları əsas müzakirə predmeti olacaq və səs–küylü bəyənatlar və hədsiz ilyuziyalardan uzaq duracağıq. Bizim prezidentin və Gürcüstan baş nazirinin söylədikləri sözləri nəzərə alaraq, təbii ki, iki ölkə başçısının görüşü məsələsinə də toxunacağıq.”

Onu da qeyd edək ki, bundan əvvəl Gürcüstanın baş naziri bunları demişdi: ”Mən hökumətin başçısı kimi birbaşa dialoqa hazıram, ancaq bu qədər fasilədən sonra belə görüşə ciddi hazırlaşmaq lazımdır”.

Bundan başqa isə Gürcüstanın Xarici İşlər naziri Maya Padjikidze Rusiya prezidenti Vladimir Putin ilə Gürcüstan prezidenti Georgi Margelaşvilinin görüşə biləcəklərini istisna etməyərək bildirmişdi ki, bu tədbir xüsusi hazırlıq tələb edir. Bir neçə gün əvvəl isə Soçi olimpiadasındakı gürcü jurnalistlərinin iki ölkə rəhbərinin görüşü ilə bağlı suallarına Vladimir Putin müsbət cavab verərək deyib: “Əgər o istəyirsə nə üçün də yox”.

V.Nəsibov

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol