Menu

MSK ilk məlumatı açıqladı- 12,8 faiz artıq səs verib?!

01.11.2015, 11:02
MSK ilk məlumatı açıqladı- 12,8 faiz artıq səs verib?!

Azərbaycan Milli Məclisinə bu gün keçirilən seçkilərin gedişi ilə bağlı ilk rəsmi məlumat açıqlanıb. ANS PRESS-in məlumatına görə, Mərkəzi Seçki Komissiyası İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov ilkin məlumatı açıqlayıb. O, bildirib ki, saat 10:00-a qədər olan məlumata görə, respublika üzrə 667 732 seçici səs verib. Bu isə 12,8 faiz seçici fəallığı deməkdir.

Artıq dövlət başçısı İlham Əliyev noyabrın 1-də ölkədə keçirilən növbəti parlament seçkisində səsvermə hüququndan istifadə edib. Prezident səsvermə hüququndan səhər saatlarında Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə istifadə edib.

Bu gün keçirilən seçkilərdə 125 deputat yeri uğrunda 767 namizəd mübarizə aparır. 5 siyasi partiya, 1 seçki bloku ,qruplar və fərdi şəkildə namizədlər iştirak edir.

5 milyon 200 minə yaxın seçici səsvermə prosesində iştirak edəcək. Ən çox namizəd olan dairədə 12, ən azı namizəd olan dairədə isə 3 namizəd var.

Seçkilərdə 15 siyasi partiya birbaşa partiya olaraq, 7 partiya isə “Azadlıq-2015” seçki bloku ilə iştirak edir. Ümumilikdə isə Milli Məclisdə bir yer uğrunda təxminən altı namizəd mübarizə aparır.

MSK-nın ilkin rəqəmlərinə əsasən günortaya qədər hamının səs verəcəyini ehtumal etmək olar. Belə çıxır ki, səhər tezdən hamı durub məntəıqələrə qaçıb. Belə "seçki fəallığına" dünyanın heç bir yerində rast gəlinməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol