Menu

İlyas İsmayılovun seçki qərargahı pozuntular olduğunu bildirir - AÇIQLAMA

01.11.2015, 14:17
İlyas İsmayılovun seçki qərargahı pozuntular olduğunu bildirir - AÇIQLAMA

106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən Milli Məclisin deputatlığna namizəd İlyas İsmayılovun seçki qərargahından aldığımız məlumata görə, bu dairənin seçki məntəqələrində saxtakarlıq halları qeydə alınmaqdadır.

Belə ki, yerli icra orqanları tərəfindən bir seçiciyə bir neçə bülletenin verilməsi, qutuya topa şəklində bülletenlərin atılması, kənar şəxslərin məntəqə ərazisindən kənarlaşdırılmaması, bülletenlərin məntəqə sədrinin otağında qanunsuz olaraq saxlanılması hallarına rast gəlinir.

Məlumatda qeyd olunur ki, bütün bunlarla bağlı aktlar tərtib olunmaqdadır. Seçki qərargahının etirazlarına isə bəzi məntəqə üzvləri “Prezident Aparatı tərəfindən belə təlimat aldıqlarını” bildiriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol