Menu

ABŞ universitetində atışma olub, bir nəfər ölüb

01.11.2015, 20:22
ABŞ universitetində atışma olub, bir nəfər ölüb

Birləşmiş Ştatların Şimali Karolina ştatında, Uinston-Seylem Dövlət Universiteti şəhərciyinin ərazisində atışma nəticəsində bir nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə oktyabrın 31-də NBC teleşirkəti məlumat yayıb.

Cinayəti törədən şəxsin adı artıq polisə məlumdur. Bu, universitetin tələbəsi olmayan Carret Cerom Murdur.

Hadisəni törədən şəxs axtarışdadır, araşdırma aparılır.

Şəhərcikdə hərəkət məhdudlaşdırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol