Menu

Bakıda bir nəfər yanaraq öldü

02.11.2015, 09:19
Bakıda bir nəfər yanaraq öldü

Bakıda yanğın hadisəsi baş verib.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakının Sabunçu rayonunda ümumi sahəsi 4 kv.m olan avtomobil dayanacağında gözətçi köşkünün yanar konstruksiyaları yanıb. Yanğın zamanı köşkün içərisində 1975-ci il təvəllüdlü Əliyev İqor Vladimiroviçin yanmış meyiti yanğınsöndürənlər tərəfindin aşkar olunub.

Dayanacaqda olan avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 05:51-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol