Menu

Bülletenlərin sayılması başa çatıb

02.11.2015, 12:31
Bülletenlərin sayılması başa çatıb

Noyabrın 1-də Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 125 seçki dairəsi üzrə 5547 məntəqənin hesabat verməsi və bülletenlərin sayılması prosesi yekunlaşıb.

APA-nın Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinə istinadən verdiyi məlumata görə, daxil olan 5547 protokol üzrə 2 milyon 894 min 515 bülleten sayılıb.

Xatırladaq ki, Milli Məclisə seçkilərdə 5 milyon 198 min 658 seçicidən 2 milyon 894 min 515 seçici səs verib, seçici fəallığı 55,7 faiz olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol