Menu

Parlamentin ana müxalifəti kim oldu? – Siyahı

02.11.2015, 14:56
Parlamentin ana müxalifəti kim oldu? – Siyahı

Milli Məclisin yeni tərkibində təmsil olunacaq siyasi partiyalar və deputatlarının sayı məlum olub.Axar.az-ın məlumatına görə, bitərəf millət vəkillərinin sayı da müəyyənləşib.

Siyahıda hakim Yeni Azərbaycan Partiyası 71 millət vəkili ilə liderlik edir. İkinci yerdə 2 deputatla Vətəndaş Həmrəyliyi Partiyası qərarlaşıb.

Bitərəf deputatların sayı isə 42 nəfərdir. Milli Məclisdə YAP da daxil olmaqla, 12 partiyanın nümayəndəsi təmsil olunacaq. Bu partiyalar aşağıdakılardır:

Yeni Azərbaycan Partiyası - 71

Vətəndaş Həmrəyliyi Partiyası – 2

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası - 1

Azərbaycan Demokratik İslahatlar Partiyası– 1

Böyük Qurtuluş Partiyası - 1

Milli Dirçəliş Hərəkatı Partiyası - 1

Ana Vətən Partiyası - 1

Azərbaycan Sosial Rifah Partiyası -1

Vəhdət Partiyası -1

Vətəndaş Birliyi Partiyası - 1

Azərbaycan Demokratik Maarifçilik Partiyası - 1

ASDP – 1

Bitərəf - 42

Qeyd edək ki, seçkilərdə 125 yer uğrunda 767 deputatlığa namizəd, 22 partiya mübarizə aparıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol