İstanbulda yerləşən prezident iqamətgahına yaxınlaşan bir nəfər şübhəli şəxs polisin dayan əmrinə tabe olmayıb. Avropa.info xəbər verir ki, daha sonra polisin “dayan” əmrinə tabe olmayan həmin şəxs mühafizəçilərdən birinin silahı ilə intihar edib.
Əldə olunan məlumata görə bir nəfər prezidentlə görüşmək istədiyi üçün İstanbulun Sarıyer Tarabya bölgəsində yerləşən iqamətgahın qarşısına gəlib.
Polislər hal-hazırda prezidentin iqamətgahda olmadığını desələr də həmin şəxs bununla razılaşmayıb mühafizəçilərdən birinin üzərinə atılaraq onun silahını götürüb.
Həmin şəxs mühafizəçidən götürdüyü silahla başından atəş edərək özünü öldürüb.


Şərhlər