Menu

Rusiyada “Moskva-İrəvan” avtobusu aşıb: ölənlər var

03.11.2015, 10:12
Rusiyada “Moskva-İrəvan” avtobusu aşıb: ölənlər var

Rusiyanın Tula vilayətində “Moskva-İrəvan” avtobusunun qəzaya uğraması nəticəsində yeddi nəfər ölüb və 42 nəfər xəsarət alıb, RİA Novosti Tula vilayətinin Rusiya DİN İdarəsinə istinadən məlumat yayıb.

Oxu.Az xəbər verir ki, “Moskva-İrəvan” avtobusu Tula vilayətində M4 “Don” yolunda çərşənbə gününə keçən gecə aşıb.

“Ümumilikdə avtobusda 63 nəfər olub, 35 nəfər xəstəxanaya yatırılıb. Onlardan yeddisi ağır, 10 nəfər isə orta-ağır vəziyyətdədir”, - agentliyə bildiriblər.

DİN əməkdaşları iki əsas versiyanı - avtobusun nasazlığı və sürücünün sükan arxasında yuxulaması - nəzərdən keçirir.

Məlumatda qeyd edilir ki, bütün xəsarət alanlar Uzlovaya, Kireyevsk və Borodistk şəhərlərinin xəstəxanalarına yerləşdirilib.

Qəzanın nəticələrinin aradan qaldırılması və baş verənlərin aydınlaşdırılması üzrə iş gedir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol