Menu

Neft şirkətləri üçün bədbin proqnoz

03.11.2015, 10:58
Neft şirkətləri üçün bədbin proqnoz

Fitch Ratings: Avropadakı neft şirkətlərinin mənfəətlətinin azalması davam edə bilər

Beynəlxalq kredit reytinqi agentliyi Fitch Ratings Avropanın aparıcı neft şirkətlərinin mənfəətlərində sərt azalmanın ilin son rübündə də davam edəcəyini bildirib.

Fitch Ratings tərəfindən verilən açıqlamada, aşağı neft qiymətlərinə əlavə olaraq zavod əməliyyatlarındakı marjalarda da sərt şəkildə azalma qeydə alındığı ifadə edilib.

Açıqlamada, yaxın perspektivdə neft qiymətlərinin yaxşılaşmasının aşağı bir ehtimal olduğu qeyd edilərək, neft şirkətlərinin gəlirlərinin 2016-da tarazlaşmasının ya da artmasının tətbiq edəcəkləri qənaət tədbirlərinə bağlı olacağı vurğulanıb.

Fitch Ratings tərəfindən edilən qiymətləndirmədə, Royal Dutch Shell, BP, Eni və BG-nin bu ilin üçüncü rübündə mənfəətlərinin ilin ikinci rübü ilə müqayisədə26 faiz düşdüyü məlumatına yer verilib.

İNVESTİSİYALAR AZALACAQ

Aparıcı neft şirkətlərinin kapital investisiyalarını da azaltmağa davam etdirdiyinə işarə edilən açıqlamada, "Məsələn, BP 2015-2017 illər arasında kapital qoyuluşlarının illik 17-19 milyard dollar səviyyəsində olacağını açıqlayıb. Təxminən bir il əvvəl kapital qoyuluşunun 24-26 milyard dollar səviyyəsində olacağı açıqlanmışdı" ifadələri istifadə edilib.

Açıqlamada, Total-ın 2015-ci ilə dair 23-24 milyard dollar səviyyəsində olan kapital qoyuluş hədəfini dəyişmədiyi qeyd edilərək, "Digər tərəfdən, şirkət sərmayə qoyuluşunun 2016-cı ildə 20-21 milyard dollara, 2017-2019-ci illər arasında isə illik 17-19 milyard dollara düşəcəyini açıqlayıb" - qeyd edilib. /"Marja"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol