"Baku Electronics" şirkətinin Bakı şəhəri ərazisində fəaliyyət göstərən iki məişət texnikası satışı mağazasının bağlanması planlaşdırılır. Bu barədə "Report"a mağazalar şəbəkəsinin əməkdaşları məlumar veriblər.
Məlumata görə, bu, "Baku Electronics"in Şüvəlan qəsəbəsi və "Metropark" Ticarət Mərkəzində yerləşən mağazalarıdır. Buna səbəb kimi isə şəbəkənin ticarət dövriyyəsinin xeyli zəifləməsi amili göstərilir.
"Baku Electronics"in marketinq şöbəsinin müdiri Şirəli Ələkbərov isə məlumatın həqiqətə uyğun olmadığını bildirib.


Şərhlər