ABŞ-a məxsus kosmik peyk Sina yarımadasında qəzaya uğrayan rus təyyarəsi barəsində yeni dəlillər aşkarlayıb.
Musavat.com xəbər verir ki, bu barədə məlumat “Russia Today”də yer alıb.
ABŞ-a aid infraqırmızı şüalanma peyki, Misirin Sina yarımadasında rus təyyarəsi qəzaya uğramadan öncə həmin bölgədə ani temperatur yüksəlməsi təsbit edib.
Bu barədə rəsmi açıqlamanın ardından təyyarənin partlayış nəticəsində qəzaya uğrama ehtimalı artıb.
ABŞ rəsmiləri isə Rusiyaya aid təyyarənin raketlə vurulması iddiasını rədd ediblər.
Rəsmilər peykin raket istiliyinə aid hər hansı bir dəlilə rast gəlmədiyini də açıqlayıblar.


Şərhlər