Daha əvvəl pul vahidində həddindən artıq dəyərdən düşməsinin qarşısını almaq üçün xalqdan dua etmələri istənilən Zambiyada, Mərkəzi Bank şok bir faiz artımına gedib.
Zambiya Mərkəzi Bankı faiz dərəcəsini 300 faiz bəndi artıraraq 12,50%-dən 15,50%-ə qaldırıb. Zambiyanın pul vahidi kwacha yeni ildən bu yana dollar qarşısında 95% dəyərdən düşüb.
Zambiya Mərkəzi Bankının rəhbəri Denny Kalyalya, inflyasiyanın olduğu səviyyələr baxımından bu addımın vacib olduğunu bildirib. Oktyabr ayında ölkədəki inflyasiya az qala iki dəfə artaraq 14,3%-ə yüksəlib.
Dünyanın ən dəyərsiz pul vahidinə malik ölkədə Prezident Edqar Lungu milli sədaqət və oruc tutma günündə kwacha-nın və iqtisadiyyatın yaxşılaşması üçün xalqdan dua etmələrini istəmişdi. /"Marja"


Şərhlər