Menu

9 ölkə NATO-dan yardım istədi - Rusiya təhlükəsi

04.11.2015, 11:27
9 ölkə NATO-dan yardım istədi - Rusiya təhlükəsi

Şərqi və Mərkəzi Avropanın 9 ölkəsi rəsmi Brüsselə müraciət edərək NATO-nun bölgəyə əlavə qoşun və texnika yeritməsini istəyib.

Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu barədə Rumıniya prezidenti Klaus Yohhanis açıqlama verib.

Onun sözlərinə görə, Slovakiya, Çexiya, Rumıniya, Bolqarıstan, Macarıstan, Polşa, Latviya, Litva və Estoniya Rusiya təhlükəsinə qarşı əlavə kömək almalıdır. NATO-nun bugünkü sammitində müraciətə baxılaraq qərar veriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol