Menu

Beynəlxalq Bankın Moskvadakı törəməsinə yeni rəhbər təyin olundu

04.11.2015, 17:53
Beynəlxalq Bankın Moskvadakı törəməsinə yeni rəhbər təyin olundu

Azərbaycan Beynəlxalq Bankının (ABB) Rusiyada törəmə müəssisəsi olan “ABB-Moskva”nın İdarə Heyətinin sədri vəzifəsinə yeni təyinat olub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu vəzifəyə Emin Əfəndiyev təyin olunub.

Qeyd edək ki, “ABB-Moskva”nın İdarə Heyətinin sədri Fuad Abdullayev işdən çıxarılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol