Menu

Bu xanım nazirin təklifinə yox dedi

05.11.2015, 00:31
Bu xanım nazirin təklifinə yox dedi

Türkiyə Bursa vilayətinin İnəgöl rayonunda keçirilən “MODEF EXPO” sərgisində iştirak edən firmalardan birinin nümayəndəsi nazirin təklifini qəbul etmədi. ANS PRESS-in məlumatına görə, sərgini ziyarət edən Türkiyənin səhiyyə naziri Mehmet Müezzinoğlufirmalardan birinin ərəbcə və ingiliscə bilən nümayəndəsi Meltem Serte nazirlikdə iş təklif edib. Nazirin, “gəl bizim nazirlikdə sənə iş verək, bizimlə işlə” təklifini Meltem Sert geri çevirib: “Mən vəfalı bir insanam, indiki rəhbərimi qoyub sizin təklifinizi qəbul edə bilmərəm”.

Səhiyyə Naziri Mehmet Müezzinoğlu

Nazir isə, dövlətə olan vəfanın hər şeydən öndə olduğunu deyib.

Daha sonra jurnalistlərin suallarına cavab verən Meltem Sert ayaqüstü söylənən sözlərə inanmadığını deyib:“Ayaqüstü deyilən sözlərə inanmadığım üçün təklifi qəbul etmədim. Həqiqətən təklif olsa ciddi şəkildə danışılar. Ərəbcə və ingiliscə bilirəm. Mən ona təyin oluna bilmədiyimi də dedim. Amma mənə cavab vermədi. Mən kənddə böyüdüm. Ailəm məni minbir çətinliklə universitetdə oxutdu. Universiteti bitirdikdən sonra öz sahəmdə fəaliyyət göstərmək istədim. Amma bu mümkün olmadı. Səhiyyə administratorluğu sahəsində təhsil almışam. İş tapa bilməməyimin də səbəbi bu istiqamətdə təyinat olmamasıdır. İki xarici dil bildiyim üçün xarici ticarətlə məşğulam. Mənimlə birlikdə təhsil alanlar da işsizdirlər.” – deyə Meltem Sert jurnalistlərə açıqlamasında bildirib.

Meltem Sert: “Ayaqüstü deyilən sözlərə inanmıram”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol