Menu

İnterpolun axtarışında olan azərbaycanlı qadın həbs olundu

05.11.2015, 10:45
İnterpolun axtarışında olan azərbaycanlı qadın həbs olundu

Bakıda beynəlxalq axtarışda olan qadın tutulub.

Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə daxil olan məlumata görə, Türkiyə cəza qanununun 450/7 və 492/1-ci maddələri ilə (qətl və oğurluq) 14.11.2000-ci il tarixdən İnterpol vasitəsi ilə axtarılan Bakı şəhər sakini, 1954-cü il təvəllüdlü Əminə Mirzəyeva tutulub.

Ə.Mirzəyeva Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirəri nəticəsində tutulub.

Saxlanılan şəxs Sabunçu Rayon Polis İdarəsinə təhvil verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol