Menu

Əlavə qaz həcmlərinə ehtiyac yaranacaq - SOCAR

05.11.2015, 11:06
Əlavə qaz həcmlərinə ehtiyac yaranacaq - SOCAR

SOCAR Rusiyanın "Qazprom" şirkəti ilə qazın alqı-satqısı üzrə "svop" müqavilənin imzalanması üçün danışıqlar aparır.

"APA-Economics"in məlumatına görə, bunu adının çəkilməsini istəməyən SOCAR rəsmisi bildirib.

"Azərbaycanın kifayət qədər qazı var, lakin əlavə qaz həcmlərinə ehtiyac yaranacaq. Son zamanlar "Qazprom" spot-ticarətə (nağd alış-veriş) keçib. Buna baxmayaraq, gələcəkdə bu əməkdaşlıq hər iki tərəfi qane edən məqbul qiymət təkliflərindən asılıdır", - deyə şirkət rəsmisi bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol