Menu

SOCAR maliyyə vəsaiti axtarır: "Petrojen" layihəsi

05.11.2015, 13:45
SOCAR maliyyə vəsaiti axtarır: "Petrojen" layihəsi

SOCAR Türkiyənin İzmir şəhərinin Aliağa bölgəsində həyata keçirəcəyi "Petrojen" layihəsi (kömürlə işləyən elektrik enerjisi istehsal edən stansiya) üçün maliyyə vəsaiti axtarır.

"APA-Economics"in məlumatına görə, bunu SOCAR-ın Sərmayələr idarəsinin rəhbərinin müavini Zaur Qəhrəmanov bildirib.

Onun sözlərinə görə, SOCAR bunun üçün Türkiyə, Çin bankları, Avropa Yenidənqurma və İnkişaf Bankı, o cümlədən "Exim" banklarla danışıqlar aparır.

"Bu ilin sonuna kimi bütün tenderlər tamamlanacaq və gələn ildən tikinti işlərinə başlanılacaq. Tikinti işləri 2-2,5 ilə tamamlanacaq. SOCAR artıq təkcə neft-qaz sektorunda deyil, o cümlədən elektrik enerjisi sektoruna da daxil olur. Bu layihə həm "Petkim", həm "Star" layihələrinin ehtiyaclarını ödəyəcək, həm də İzmir əhalisinin tələbatını ödəyəcək", - deyə SOCAR rəsmisi bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol