Noyabrın 5-də “Bank Technique”də yeni təyinat olub. Qurumdan musavat.com-a daxil olan məlumata görə, bankın Müşahidə Şurasının qərarı ilə Eldar Cəfərov “Bank Technique”nin İdarə Heyətinin sədri təyin edilib. E.Cəfərov buna qədər CredAgro qeyri-bank kredit təşkilatının direktoru vəzifəsini tuturdu.
Xatırladaq ki, oktyabrın 27-də “Bank Technique”nin keçmiş sahibi Etibar Əliyev Müşahidə Şurasının sədri seçilib. Artıq sözügedən bankda yeni komanda və rəhbərlik formalaşdırılır.


Şərhlər