Menu

Hava şəraiti kəskin dəyişəcək, qar yağacaq - Xəbərdarlıq

06.11.2015, 15:24
Hava şəraiti kəskin dəyişəcək, qar yağacaq - Xəbərdarlıq

Sabah axşamdan başlayaraq ölkə ərazisində hava soyuyacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, noyabrın 7-si axşamdan noyabrın 11-i gündüzə kimi ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.

Arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Yağıntının dağlıq rayonlarda sulu qara, qara keçəcəyi ehtimal edilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə enəcək.

Çaylarda sululuğun artacağı ehtimalı var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol