Menu

Ziya Məmmədov rayonları gəzir - Şikayət və təklifləri dinləyir

06.11.2015, 22:01
Ziya Məmmədov rayonları gəzir - Şikayət və təklifləri dinləyir

Prezident İlham Əliyevin göstəriş və tövsiyələrinə müvafiq olaraq nəqliyyat naziri Ziya Məmmədov noyabrın 6-da Ağdaşda qəbul keçirib.Nazir Ziya Məmmədov Ağdaş, Göyçay və Ucar rayonlarından olan vətəndaşları qəbul edərək onların müraciətlərini, şikayət və təkliflərini dinləyib.

Qeyd edək ki, vətəndaşların müraciətləri əsasən avtomobil yollarının təmiri və yenidən qurulması, yeni avtobus marşrutlarının açılması, Ağdaş və Göyçay şəhərlərində müasir tipli avtovağzalın tikintisinə köməklik göstərilməsi, M-2, Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yolunun 279-cu km-də Ağdaş rayonunun Yenicə kəndi ərazisindən keçən hissəsində mal-qara keçidinin qurulması, M-2, Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yolunun 282-ci km-də körpünün tikilməsi və digər məsələlərlə bağlı olub.

Daha sonra Ağdaş rayonunda Aşağı Zeynəddin kəndində məskunlaşmış məcburi köçkünlər adından həmin kəndin avtomobil yolunun təmiri üçün müraciət olunub. Ziya Məmmədov məsələnin həlli ilə əlaqədar nazirliyin struktur rəhbərlərinə göstərişlər verib və bu gündən etibarən Aşağı Zeynəddin kəndində avtomobil yolunun təmiri işlərinə başlanılıb.

Qəbul zamanı 50-dən çox vətəndaşın müraciətinə yerində baxılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol