“Bank Technique” ASC-nin Müşahidə Şurasının qərarı ilə Eldar Hüseyn oğlu Cəfərov bankın İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.
“Bank Technique”dən verilən məlumata görə, E.Cəfərov 1974-cü ildə Tovuz şəhərində anadan olub. 1990-1995-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb. 2009-cu ildə ABŞ-ın Bankirlər Assosiasiyasının Stonier ali bank məktəbinin məzunu olub.
“Bank Technique”ə təyinat alanadək isə E. Cəfərov “Mol Bulak” BOKT-ın direktoru vəzifəsini icra edib.


Şərhlər