Menu

ABŞ Türkiyəyə F-16 qırıcıları göndərib

07.11.2015, 00:32
ABŞ Türkiyəyə F-16 qırıcıları göndərib

ABŞ Türkiyədəki İncirlik hərbi bazasına əlavə olaraq altı ədəd F-16 qırıcısı göndərib. Musavat.com-un məlumatına görə, bu barədə ABŞ-ın Avropadakı Hərbi Qüvvələrinin komandanlığının məlumatında deyilir.

“Türkiyənin suverenliyinə və regionda təhlükəsizliyə sarsılmaz dəstəyimizin nümayişi üçün ABŞ Hərbi Qüvvələrinin komandanlığı qərara gəlib ki, Türkiyədəki İncirlik bazasına altı F-15 qırıcısı göndərilsin”, - deyə komandanlığın facebook-dakı rəsmi akkauntunda yerləşdirilmiş xəbərində qeyd olunur.

Avropa komandanlığı həmçinin qeyd edib ki, əlavə təyyarələrin göndərilməsi Türkiyə hökumətinin Türkiyə hava məkanının suverenliyinin təhlükəsiziyini təmin etməyə kömək xahişi əsasında həyata keçirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol