Menu

İraqda vəba xəstəliyi yayılıb

07.11.2015, 09:52
İraqda vəba xəstəliyi yayılıb

BMT-nin Uşaq Fondu xəstəliyin yağışla daha geniş miqyasda yayılacağından ehtiyat edir

İraqda vəba (xolera) xəstəliyinə yoluxanların sayı 2 200 nəfəri keçib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda BMT baş katibinin təmsilçisi Stefan Düjarrik məlumat verib.

Onun sözlərinə görə, BMT-nin Uşaq Fondu (UNİCEF) xəstəliyin yağışla daha geniş miqyasda yayılacağından ehtiyat edir.

İraqda vəba bu il sentyabrın ortalarında baş qaldırıb. Xəstəliyə yoluxanlar daha çox ölkə paytaxtı Bağdadda və Babil əyalətlərində qeydə alınıb.

Həkimlərin fikrincə, xəstəlik yararsız sudan və ya ərzaqdan istifadə səbəbindən yayılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol