Menu

Rusiya təyyarəsinin havada dağıldığı təsdiqləndi

07.11.2015, 21:15
Rusiya təyyarəsinin havada dağıldığı təsdiqləndi

Rusiya məxsus A321 sərnişin təyyarəsinin qalıqlarının aviaqəza yerində səpələnməsi onun havada ikən dağıldığını sübut edir. Musavat.com-un xarici qaynağa istinadən verdiyi xəbərə görə, bu barədə qəzanın araşdırılması üzrə komissiyanın başçısı Ayman əl-Müqəddəmə bildirib.

“Rusiya təyyarəsinin qalıqları 13 km-lik əraziyə səpələnib ki, bu da laynerin havada dağıldığını təsdiqləyir” – deyib əl-Müqədəmə.

Şarm əl-Şeyxdən Sankt-Peterburqa uçan A321 sərnişin təyyarəsi oktyabrın 31-də Sinay yarımadası üzərində qəzaya uğrayıb. Göyərtədəki 224 nəfərin hamısı həlak olub. Qəzaya terror aktının səbəb olduğu faktiki, təsdiqlənib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol