Ukrayna DİN Abxaziya və Cənubi Osetiya nömrə nişanlı maşınların sürücülərini cərimələmək niyyətindədir, səbəb də rəsmi Kiyevin bu respublikaların müstəqilliyini tanımaması göstərilir. Musavat.com-un məlumatına görə, belə bir tövsiyəni ölkə polisinə Xarici İşlər Nazirliyi verib.
“Avtomobillərdə bu və digər tanınmamış qurumların nömrə nişanlarının olması nişanların olmaması kimi qəbul ediləcək. Belə hallarda isə polis qanunauyğun hərəkət etməyə borcludur” – məlumatda bildirilir. O da bildirilir ki, Abxaziya və Cənubi Osetiya ilə bağlı məsələ hüquq-mühafizə orqanlarındakı islahatlar nəticəsində maksimum operativ şəkildə həllini tapıb.
Ancaq ictimaiyyətdə bir sual yaranıb ki, tanınmamış qurumların maşınları sərhədi necə keçəcək ki, sonra da onlar cərimələnsin?


Şərhlər