Menu

İŞİD “Taliban”la toqquşdu – 50 ölü...

08.11.2015, 19:26
İŞİD “Taliban”la toqquşdu – 50 ölü...

Əfqanıstanın cənubunda İŞİD və “Taliban” hərəkatı terror qruplaşmaları arasında qanlı toqquşma baş verib. Musavat.com xarici qaynağa istinadən xəbər verir ki, toqquşma zamanı hər iki tərəfdən 50-yə yaxın silahlı öldürülüb.

“Bizdə olan informasiyalara əsasən, İŞİD-in 48, “Taliban”ın isə 8 tərəfdarı döyüş zamanı məhv edilib”, - deyə əfqan polis polkovniki Qulam Cilani Farahi bildirib.

Bundan qabaq Əfqanıstandakı və Pakistandakı silahlıların bir neçə lideri İŞİD-ə biət andı içmişdi. Onların arasında “Özbəkistan” terror qruplaşmasının başçısı Usman Qazi, “Hizbu-Tahrir”, “Taliban” və “Ləşkər e-Cengi” təşkilatlarının silahlıları da olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol