Menu

Yol qəzasında bir ailənin 3 üzvü yaralanıb

09.11.2015, 10:23
Yol qəzasında bir ailənin 3 üzvü yaralanıb

İmişlidə bir ailənin 3 nəfər üzvünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. "Report"un məlumatına görə, hadisə axşam saatlarında rayonun Cahar kəndinin ərazisində qeydə alınıb.

Ağcabədi rayonunda yaşayan, 1953-cü il təvəllüdlü İsa Hidayət oğlu Qasımov "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən anidən idarəetməni itirib və maşın yolun kənarına aşıb.

Qəza nəticəsində avtomobilin sürücüsü, onun həyat yoldaşı, 1958-ci il təvəllüdlü Məlahət Allahverən qızı Mütəllimova və sürücünün bacısı, 1962-ci il təvəllüdlü Yaqut Hidayət qızı Süleymanova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar dərhal İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Zərərçəkənlər xəstəxananın travmotologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı İmişli rayon Polis şöbəsində araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol