Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB) Mərkəzi Qərargahına hücum olub. Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yayıb. Hücumu rusiyalı rəssam Pyotr Pavlenski həyata keçirib. O, FSB-nin Mərkəzi Qərargahının qapılarını yandırıb.
P.Pavlenskinin bu addımı atmasına əsas səbəb Moskvanın yürütdüyü siyasət olub.
Rəssam FSB-ni 146 milyon insanı müxtəlif vasitələrlə öz hakimiyyəti altında saxlamaqda günahlandırıb.



Şərhlər