Menu

Dolları bahalaşdıracaq faiz atırımına növbəti işarə

10.11.2015, 10:54
Dolları bahalaşdıracaq faiz atırımına növbəti işarə

Boston Fed Sədri Erik Rosengren, ABŞ-ın cəsarətverici iqtisadi göstəriciləri ilə əlaqədar olaraq mərkəzi bankın ilk faiz artırımını gələn ay reallaşdırmasının və sonra mərhələli olaraq az-az yüksəltməsinin vaxtının çatdığını qeyd edib.

Rosengren etdiyi çıxışında, "Gələcəkdəki bütün komitə toplantıları, Dekabr ayı daxil, iqtisadiyyat gözlənildiyi kimi yaxşılaşmağa davam etdiyi müddətcə, faiz artırımı üçün uyğun vaxt olacaq" deyib.

Fedin pul siyasətini müəyyən edən orqanı Federal Açıq Bazar Komitəsi (FOMC), 2006-dan bu yana ilk faiz artırımı edib-etməmək üçün 15-16 Dekabrda Vaşinqtonda toplaşacaq. ABŞ Mərkəzi Bankı faizi 2008-in sonlarından bu yana sıfır səviyyəsinə yaxın (0-0.25%) saxlayır.

Rosengren, daxili tələbatın artmasının ABŞ ixracatçılarına çətinlik yaradan xaricdəki zəifliyi kompensasiya etdiyini deyib. /"Marja"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol