Menu

Azərbaycanda istilik tarifləri dəyişəcək? - Açıqlama

10.11.2015, 11:51
Azərbaycanda istilik tarifləri dəyişəcək? - Açıqlama

"Azəristiliktəchizat" ASC istilik və isti su üzrə tariflərin artırılmasına ehtiyac görmür. Bunu Trend-ə ASC-nin sədr müavini İlham Mirzəliyev deyib.

Onun sözlərinə görə, tariflərin dəyişməsi prinsipcə Tarif (Qiymət) Şurasından asılıdır: "Lakin biz istilik və isti su tariflərinin artırılması xahişi ilə Tarif Şurasına müraciət etməmişik və yaxın gələcəkdə də bu məsələ gündəmdə deyil".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol