Menu

Azərbaycanlı xanım idmançı dünya çempionu oldu (FOTO)

11.11.2015, 10:54
Azərbaycanlı xanım idmançı dünya çempionu oldu (FOTO)

Bir neçə gün əvvəl İspaniyanın Benidorm şəhərində keçirilən UNUFİED Dünya Çempionatında döyüşən idmançılarımız Azərbaycana qayıdıb.

İlk dəfə dünya çempionu adına layiq görülən və qızıl medalı ölkəmizə gətirən, sanda döyüşünün qalibi (60 kq) 31 yaşlı idmançımız Günay Hacıyeva bildirib ki, yarışda iştirak edən 26 idmançının əksəriyyəti ölkəyə qızıl, gümüş, bürünc medalla qayıdıb: “Buradan ikisi qadın olmaqla, 26 idmançıyla yola düşmüşdük. 12 medalla geri dönmüşük”.

Günay Hacıyeva ilk görüşdə polşalı, ikinci görüşdə irlandiyalı, sonuncu görüşdə isə italiyalı rəqibinə qalib gələrək dünya çempionu olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol