Menu

Yunanıstanda ümummilli tətil keçiriləcək

12.11.2015, 09:06
Yunanıstanda ümummilli tətil keçiriləcək

Yunanıstanda sərt qənaət tədbirlərinə qarşı ümummilli 24 saatlıq tətil keçiriləcək.

"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, Yunanıstanın həmkarlar ittifaqları bildiriblər ki, ölkədə dövlət müəssisələri, banklar, mağazalar, universitetlər, məktəblər, məhkəmələr bağlı olacaq. Aviasiya dispetçerləri 30 ölkədaxili reysi ləğv ediblər.

Yunanıstan hökuməti Avropa İttifaqı və BVF-dən yeni krediti almaq üçün yeni qənaət və büdcənin məhdudlaşdırılması tədbirləri planlaşdırır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol