Menu

Erməni vertolyotunun vurulmasından 1 il keçdi - VİDEO

12.11.2015, 17:11
Erməni vertolyotunun vurulmasından 1 il keçdi - VİDEO

Düz 1 il əvvəl – 2014-cü il noybarın 12-də Azərbaycan-Ermənistan təmas xəttinin Ağdam rayonu istiqamətində Ermənistan Hərbi Hava Qüvvələrin məxsus Mİ-24 döyüş vertolyotu Azərbaycanlı hərbçilər tərəfindən məhv edilmişdi.

Modern.az saytı xəbər verir ki, məhv edilən vertolyot təmas xəttinin neytral ərazisinə düşmüşdü. İnsident zamanı vertolyotun ekipaj üzvləri – mayor Sergey Saakyan, baş leytenant Sarkis Nazaryan və leytenant Azat Saakyan ölmüşdü.

Xatırladaq ki, düşmənin Mi-24 tipli döyüş helikopteri "İQLA" daşınan zenit raket kompleksi ilə məhv edilib.

Helikopteri vuran isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Muradov İlkin Məmməd oğlu idi. O, müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib və qiymətli hədiyyə ilə mükafatlandırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol