Menu

İŞİD-in başkəsəni öldürüldü

12.11.2015, 19:50
İŞİD-in başkəsəni öldürüldü

İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının baş kəsənlərindən biri kimi tanınan Kokito ləqəbli Muhəmməd Hamduş Suriya ordusunun Hələb əyalətinin Kveyres hava limanının azad olunması üçün keçirdiyi əməliyyat zamanı öldürülüb.

Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, İŞİD ekstremistləri vaxtaşırı Suriya əsgərlərinin və dinc sakinlərin onun edam etdiyi çəkilişləri yayıblar.

Qeyd edilir ki, Hamduş Suriyaya 2014-cü ildə Mərakeşdən gəlib. O, orada öz həmvətəni ilə tanış olaraq evlənib. Toy mərasimində gəlinə şəhid kəməri bağışlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol