“Əgər Ukrayna üç milyard dollar borcunu vaxtında ödəməzsə, o zaman Rusiya məhkəməyə müraciət hüququndan istifadə edəcək”. ANS PRESS-in məlumatına görə, bu sözləri Rusiya prezidentinin köməkçisi Yuri Uşakovdeyib.
"Rusiya üç milyard dollar məbləğində pulu müəyyən müddət ərzində Ukraynaya kredit verib. Borcun ödənilməsi üçün verilən müddət dekabrın 21-də bitir. Rəsmi Kiyev borc öhdəlikləri aydın yerinə yetirməlidir”, - deyə Uşakov bildirib.
Yuri Uşakov - Rusiya prezidentinin köməkçisi
Ukraynanın maliyyə naziri Natalya Yaresko bildirib ki, indi Ukrayna ödənişi həyata keçirə bilmir, çünki Beynəlxalq Valyuta Fondu proqramı üzrə mümkün ödəmələrin aydın müəyyən edilmiş parametrlərinə malikdir.
Ukraynanın baş naziri Arseni Yasenyuk isə bəyan edib ki, Rusiya yenidən strukturlaşdırmaya razı olarsa, biz 3 milyard dolları ödəyə biləcəyik. Ukrayna münaqişəsi yarandıqdan sonra hər iki dövlət bir-birini dəfələrlə məhkəməyə verəcəyi ilə hədələyib. Məhkəmə münaqişələrində ən böyük məbləği Ukrayna tələb edir.
Kiyev Rusiyadan Krım və Donbassa görə azı 1 trilyon dollar ödəməsini istəyir.
Ukraynanın baş naziri Arseni Yatsenyuk qeyd edir ki, Krım məsələsinə görə Rusiyanın ödəməli olduğu məbləğ 1 trilyon dollardan çoxdur, sonuncu ilə bağlı dəyən zərər elan ediləcək: “Ukraynanın bank və digər kompaniyaları Rusiyanı məhkəməyə verəcək”.
Rusiya 2014 –cü ildə Ukrayanın Krım yarımadasını referendum keçirərək Krımı ilhaq etdi. Daha sonra Donbass regionunda qondarma respublikalar yaratdı. Bütün bunlar iki ölkə arasında müharibənin başlamasına səbəb oldu.
Rusiyanın nəzarət etdiyi Ukrayan əraziləri


Şərhlər