Menu

Əliyevlər Antalyada şam yeməyinə qatıldılar -FOTO, VİDEO

15.11.2015, 11:40
Əliyevlər Antalyada şam yeməyinə qatıldılar -FOTO, VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 sammitnin iştirakçıları şərəfinə Antalyadaşam yeməyi təşkil edib. ANS PRESS-in məlumatına görə, şam yeməyi sammitin keçirildiyi oteldə baş tutub.

Prezident İlham Əliyev xanımı Mehriban Əliyeva və qızları Leyla Əliyevanın da qatıldığı axşam qəbulunda BMT-nin baş katibi Pan Gi Mun, Kanada baş naziri Castin Tryudo, Zimbabve prezidenti Robert Muqabe, Sinqapur baş naziri Li Syen Lu, Meksika PrezidentiEnrike Penya Nyeto, Yaponiya baş naziri Sindzo Abe, Cənubi Afrika Prezidenti Zuma Ceykob, Malazya baş naziri Necip Rezak, Seneqal Prezidenti Maki Sall , İndoneziya Prezidenti Coko Vidodo, AB komissiyasının sədri Jan-Klod Yunkervə digərləri də iştirak ediblər.

Rəcəb Tayyib Ərdoğan oteldə qonaqları salamlayır

Şam yeməyindən sonra qonağlar mərmər və şüşədən hazırlanan ənənəvi Türkiyə sənətinin incəsənət nümunələrinin sərgisi ilə tanış olublar. Dünya liderləri əl işlərininə diqqətlə baxıblar və sərgidə olan işlərin müəllifləri ilə söhbət edərək eksponatlar haqda ətraflı məlumat əldə ediblər.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevada "Böyük İyirmilik" sammitində iştirak etmək üçün ötən gün Antalyaya gediblər. Azərbaycan Prezidenti sammitdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xüsusi dəvəti ilə iştirak edir.

Bundan əvvəl İlham Əliyev, xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın adından “Böyük İyirmiliyin” (G20) Antalya şəhərində keçirilən sammitində iştirak edən dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların rəhbərlərinin və onların xanımlarının şərəfinə verdikləri naharda iştirak ediblər.

İlham Əliyev və Mehriban Əliyeva rəsmi naharda

Bundan əlavə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Antalya şəhərində Əlillərin Bərpa Mərkəzi ilə tanış olublar .

Mehriban Əliyeva və Leyla Əliyeva uşaqların çıxışını izləyərkən

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol