Menu

"Terrorizmin belini qıracağıq" - Ərdoğan

15.11.2015, 13:50
"Terrorizmin belini qıracağıq" - Ərdoğan

Türkiyənin Antalya şəhərində dünya liderlərinin qatıldığı "Böyük İyirmiliyin" zirvə toplantısı (G 20 sammiti) rəsmən açıq elan edildi.ANS PRESS-in məlumatına, toplantı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın "İş20" və "Əmək20" iclasında söylədiyi nitqlə başlayıb.

Ərdoğan öz nitqində terrorizmlə mübarizə mövzusuna toxunub. Türkiyyə prezidentinin sözlərinə görə, terrorizmlə uğurlu mübarizə üçün gənclər arasında məşğulluğu artırmaq lazımdır. "Düyna maliyyə dairələrinin gənclər arasında işsizliyin aradan qaldırılması məsələsinə yetərincə dəstək verib vermədiyini öyrənmək lazımdır. Əgər maliyyə dünyası bununla məşqul olsa biz terrorizmin belini qıra bilərik" - deyə Ərdoğan bildirib.

Öz növbəsində Rusiya prezidenti Vladimir Putin terror təhlükəsini aradan qaldırmaq üçün bütün dünya gücünün səfrbər edilməsinin vacib olduğunu bildirib.

İclasda nitq söyləyən Rəcəb Tayyib Ərdoğan daha sonra ABŞ prezidenti Barak Obama ilə ikili görüş keçirib. Görüşdə müzakirə olunacaq prioritet məsələlər ötən gün Parisdə baş verən terror hadisələri, Suriya ətrafında cərəyan edən hadisələrin olacağı gözlənilir.

Barak Obama və Rəcəb Tayyib Ərdoğanın ikili görüşü

Barak Obama və Rəcəb Tayyib Ərdoğan

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol